Siyasət

Paşinyan Azərbaycanla sərhəddən danışdı

24 Dekabr 2020 13:02
Baxış: 5 753

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin iclasında bəyan edib ki, Azərbaycanla sərhəddə yaşananları demarkasiya və ya delimitasiya saymaq olmaz.

Milli.Az "Sputnik Armeniya"ya istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın Sünik vilayətində sərhəd nöqtələri müəyyənləşdirilir, bu işin də öz nüansları və çətinlikləri var.

"Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərindən bir millimetr də geri çəkilməmişik. Bu barədə söhbət belə, ola bilməz. Sərhəddə baş verənlər nə demarkasiya, nə də delimitasiyadır. Əminik ki, bu işlər aparılmalıdır, onlar Sünikin və ümumilikdə, Ermənistanın təhlükəsizliyi üçün gərəkdir. Mövqeyimiz, habelə Müdafiə Nazirliyinin mövqeyi odur ki, bu fəaliyyətlə Sünikin, habelə Ermənistanın yeni təhlükəsizlik sistemini formalaşdırırıq. Sadəcə, Vorotan və Şurnux kəndləri ilə bağlı müəyyən suallar yarana bilər", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, həmin suallar müəyyən ağrılı situasiyalara səbəb ola bilər: "Lakin əmin etmək istəyirəm ki, erməni maraqlarının müdafiəsi ilə bağlı suallar yaranarsa, hökumət tam kompensasiya ödəyəcək, vətəndaşlarımızın hüquqları müdafiə olunacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.