Siyasət

Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb

6 Dekabr 2020 12:59
Baxış: 2 020

Türkiyədə Rusiyanın NTV kanalının "Mərkəzi Televiziya" verilişinin əməkdaşlarının saxlanması zamanı onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.

Bu barədə NTV telekanalında məlumat verilib.

Qeyd olunur ki, Aytac Carçıyevanın taleyi ilə bağlı da xəbər yoxdur. Saxlanmasından sonra onun evində axtarış aparılıb və komputeri götürülüb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. (oxu.az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.