Siyasət

"Vətən Müharibəsindəki zəfərimiz beynəlxalq mövqelərimizi daha da gücləndirdi" - Politoloq

4 Dekabr 2020 12:58
Baxış: 956

"Azərbaycanın təşəbbüsü ilə dekabrın 3-də və 4-də COVİD pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiya keçirilir". 

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur:

"Bu sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunanda ölkəmizdə bütün insanlar bunu çox böyük sevinclə qarşılamışdılar. Çünki bilirik ki, BMT dünyada sülhün və təhlüksəziliyin qorunması üçün ən mötəbər bir təşkilatdır və dünyanın bir çox dövləti bu təşkilatın üzvüdür. Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur. Eyni zamanda, COVİD-lə bağlı ilin əvvəlində cənab Prezidentin təşəbbüsü ilə bir sıra onlayn konfranslar keçirilmişdir və bu konfranslardan ən yadda qalanı Qoşulmama Hərəkatının sədri kimi cənab Prezidentin iştirakı ilə COVİD 19-a qarşı həmrəylik və birlik nümayiş etdirən böyük bir tədbir həyata keçirildi. Elə o tədbirdə bu təşəbbüslə çıxış edəcəyimiz məlum oldu və Vətən Müharibəsində Azərbaycanın zəfəri bizim beynəlxalq mövqelərimizi bir daha, daha da gücləndirdi. Dünya miqyasında imicimizin müsbət mənada inkişaf etdirilməsi üçün öz töhfəsini verdi. Bundan sonra da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənəcək".

İ. Hüseynov əlavə edib ki, bu sessiya ölkəmizin bundan sonra da dünyada müsbət imicinin formalaşmasına öz töhfəsini verəcək:

"COVİD ilə mübarizə də dövlətin prioritetləri sırasındadır. Çünki Vətən Müharibəsi artıq arxada qaldı. Vətən Müharibəsində də Azərbaycan Prezidentinin dünyanın Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərinin bəyan olunması, eyni zamanda dünya səviyyəli problemlərin Azərbaycanda müzakirə olunması üçün çox yaxşı bir mühitin olması, eyni zamanda burada cənab Prezidentin vahid diplomat kimi dünyanın bir sıra vacib problemlərinə münasibət bildirməsi, dünya tarixini, müasir beynəlxalq münasibətlər sistemini çox yaxşı bildiyinin də şahidi olduq. Bu sessiyanın Azərbaycanın təşəbbüsü ilə keçirilməsi bizim beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi nöqteyi nəzərdən də xüsusi əhəmiyyət kəsb edir. Bu sessiyadan sonra da ölkəmizin BMT çərçivəsində əməkdaşlığı və beynəlxalq sülhə, təhlükəsizliyə, eyni zamanda səhiyyə sisteminin qorunmasına, insanların sağlamlığına olan diqqət Azərbaycan tərəfindən göstərilən təşəbbüs nəticəsində daha da artırılması ölkəmizin müsbət mənada yaxşı imicinin formalaşmasına öz töhfəsini verəcək".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.