Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçiriləcək.
Bu barədə Milli.Az-a BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.
"COVID-19 qlobal səhiyyə böhranıdır. O həm də iqtisadi böhran, inkişaf böhranı, humanitar böhran və insan haqları böhranıdır. Bu, struktur bərabərsizliyini ortaya qoymuş və qeyri-mütənasib şəkildə cəmiyyətlərimizin ən həssas üzvlərini təsir edib. Xüsusi sessiya COVID-19-u məğlub etməkdən ötrü bir araya gəlməyimiz üçün tarixi imkan yaradır. Təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xəbərlər və qlobal bərpa səylərinə trilyonlarla dollar axını ilə beynəlxalq ictimaiyyət bunu doğru şəkildə reallaşdırmaq üçün görünməmiş bir fürsət əldə edib. Dünya BMT-nin liderliyini gözləyir; bu çoxtərəflilik üçün bir sınaqdır. İnanıram ki, Baş Assambleya irəliyə doğru yol açacaq və xidmət etdiyimiz çalışdığımız insanların əzablarına, çətinliklərinə son qoyacaq", - deyə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır bildirib.
İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.
Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.
Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





