Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Dekabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və Baltik Assambleyasının Daimi Komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, dünyada dənizlərin qorunması, iqlim dəyişikliyi və biomüxtəliflik, COVİD-19 pandemiyası ilə mübarizə üsulları mövzularına həsr edilmiş iclası giriş sözü ilə Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, QDİƏT PM-in vitse-prezidenti Eldar Quliyev açıb, iştirakçılara səmərəli fəaliyyət və uğurlar diləyib.
E.Quliyev çıxışında bildirib ki, uzaq coğrafiyalarda yerləşən, fərqli ənənələrə, dinlərə və mədəniyyətlərə sahib olan Baltik və Qara dəniz bölgələrini bir çox ümumi maraqlar və problemlər birləşdirir: "Bir ildən artıqdır ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu dövrdə parlamentlərin üzərinə də böyük məsuliyyət düşüb. Qurumların üzvü olan ölkələrin parlamentləri yeni reallıqlara uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə beynəlxalq fəaliyyətlərini davam etdirib, COVID-19 böhranının iqtisadi və sosial təsirlərinin azaldılmasına yönəlmiş dəstək tədbirləri keçiriblər".
O, qeyd edib ki, pandemiyanın insan sağlamlığını ciddi şəkildə təhdid etməsi bütün səviyyələrdə beynəlxalq əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini tələb edir. İndiki məqamda yalnız sıx əlaqələr və yardım tədbirləri virusun ölkələrdə mənfi təsirlərini azalda bilər.
E.Quliyev vurğulayıb ki, qloballaşma prosesləri insan sağlamlığı və rifahının ayrılmaz hissəsi olan ətraf mühitin mühafizəsini də zəruri edir. QDİƏT dövlətləri beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə birlikdə konkret nəticələrə yönəlmiş konstruktiv dialoqa getməlidirlər. Çirkli ərazilərin bərpası, ekoloji problemlərin qarşısının alınması, mənfi nəticələrin aradan qaldırılması məqsədi ilə təsirli ətraf mühit siyasəti həyata keçirilməlidir. O, bundan sonra QDİƏT və Baltik Assambleyası arasında daha səmərəli, konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Koronavirusla mübarizədə bütün ölkələrə gözlənilməz təsirlərdən uzaq olmağı və sağlamlıq arzulayıb.
Onlayn iclasda Baltik Assambleyasının prezidenti Piri Niemi, İsveçin xarici işlər naziri Ann Linde, Türkiyənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Cemal Öztürk, Yunanıstanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Semion Kedikoğlu, Stokholm Universiteti Baltik Dəniz Mərkəzinin Elmi direktoru Kristof Humborq çıxış edərək pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlıq, ətraf mühitin mühafizəsi ilə bağlı fikirlərini söyləyiblər. Mövzuları əhatə edən ekspert rəyləri dinlənilib, cari məsələlər müzakirə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı





