Siyasət

Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

1 Dekabr 2020 16:02
Baxış: 703

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a bildirilib ki, Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.