Siyasət

"Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur" - Fransa parlamentinin fəxri üzvü

28 Noyabr 2020 09:06
Baxış: 1 412

Senat Dağlıq-Qarabağ haqqında Fransanın heç bir halda mövqeyi ilə üst-üstə düşməyən və bundan başqa, beynəlxalq hüquq pozuntusu kimi xarakterizə olunan bir qətnamə qəbul edərək, öz müxtəlifliyini göstərdi.

Milli.Az bildirir ki, Azərbaycanın Dostları Assosiasiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri, Fransa Parlamentinin fəxri üzvü Jan-Fransua Mansel bildirib.

Assosiasiya rəhbəri qeyd edib ki, bu səhv addım, şübhəsiz olaraq, böyük fransız-ermənistan lobbisinin təsiri ilə mövzu haqqında fikir qarışıqlıqları yaratmaq cəhdidir:

"Fransa hökuməti isə beynəlxalq hüquqa hörmət prinsipi əsasında Azərbaycanın dünya birliyi tərəfindən təsdiqlənmiş ərazi bütövlüyü haqqında öz mövqeyini əsaslı olaraq bir daha xatırlatdı.

Beləliklə bu, Senatın sadə və uğursuz bir rəyidir ki, bu rəy vasitəsilə Milli Assambleya özünü göstərmək üçün əlindən gələni etdi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.