"Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir"
"Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq".
Bu sözlərin Ağdamın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən olduğunu Trend-ə qeyd edən millət vəkili Tamam Cəfərova bildirdi ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir və bu noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Üçtərəfli Bəyanata əsasən 3 rayonumuzun qurban vermədən, siyasi yolla qaytarılması cənab Prezidentin dəfələrlə dediyi kimi, "şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı".
Ağdamda olan evlərin, mədəni və dini abidələrin talan edilməsindən, bütün infrastrukturun məhv edilməsindən danışan cənab Prezident, həmçinin qeyd edib ki, "bu vəhşilik "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır və Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlarından istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var".
"Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəyini, deyən millət vəkili Tamam Cəfərova bildirdi ki, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Cənab Prezident İlham Əliyevin sözlərilə desək, "işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdı".
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan isə uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır.İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
XƏBƏR LENTİ
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Hasan Şaşın narkotik testi müsbət çıxdı, Yağız Sabuncuoğlunun isə...
-
Yubiley Qran-prisi: Bakı dünya mediasının baş xəbərinə çevrildi - (Foto)
-
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
-
Naziri müavininə yeni vəzifə verildi - (Foto)
-
Pakistandaki 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
-
Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb
-
Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib (Foto-Video)
-
Anasından xeyir-dua alan gəlinin reaksiyası diqqət çəkdi - (Video)
-
Mətanət verilişində əməkdar artisti təqlid etdi - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq





