Bəhreyn qəzeti Azərbaycan diplomatının şanlı Qələbəmiz haqqında məqaləsini dərc edib
Bəhreyn Krallığının "The Daily Tribune-News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin "Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi" sərlövhəli məqaləsi dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi, tarixi Qələbə qazanaraq torpaqları işğaldan azad etdiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrinə ağır artilleriya və raketlərlə hücum edib.
Məqalədə ordusu tamamilə darmadağın edilmiş və mənəvi cəhətdən sarsıntı keçirən Ermənistanın baş nazirinin noyabrın 10-da kapitulyasiya haqqında bəyanatı imzalaması, Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən ermənilərin mülki obyektləri, infrastrukturu dağıtması, meşələri və yaşayış evlərini yandırması barədə məlumat verilib.
Azərbaycanın 29 ilə yaxın müddətdə Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışdığını diqqətə çatdıran müəllif qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması tələbinə etinasız yanaşan rəsmi Yerevan, eyni zamanda, bu illər ərzində münaqişənin dondurulması və status-kvonun qorunub saxlanılmasına can atıb. Bununla yanaşı, işğalçı ölkə Azərbaycana qarşı hərbi təxribatları da davam etdirib. Sentyabrın 27-də ermənilərin törətdikləri son hərbi təxribatdan sonra əks-həmlə əməliyyatı keçirən Azərbaycan Ordusu 5 böyük şəhəri və 300-dən çox kəndi işğaldan azad edib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Mingəçevir su anbarını da raketlərlə atəşə tutduğu, dinc sakinləri qətlə yetirdiyi, Azərbaycan Ordusunun isə bu vəhşiliklərə döyüş meydanında layiqli cavab verdiyi vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





