"Əl-Cəzirə" kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb - VİDEO - FOTO
İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında "Əl-Cəzirə" kanalının müxbiri də olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kanal ermənilərin Füzuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.
Reportajda qeyd edilir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər demək olar bütünlüklə xarabalığa çevrilib. On milərlə Füzuli sakini məcburi köçkünə çevrilmişdi.
Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin, məscidlərinin ermənilər tərəfindən dağıdıldığını bildirirlər. Qeyd edilir ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən çox yaşı olan teatr binası idi. İndi həmin bina tanınmaz haldadır.
Reportajda Ermənistanın Azərbaycana qarşı ağ fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır. Azərbaycan rəsmiləri Ermənistanın bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.
Diqqətə çatdırılır ki, Füzulidəki Qorqan postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələri silah-sursatlarını burada qoyub.
Reportajda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək yolun tikinti işlərinə başlanılıb. Dövlət başçısı ermənilərin törətdikləri əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini qeyd edib.
Müxbir deyir ki, bu şəhərdəki dağıntılara baxanda burada vaxtilə on minlərlə insanın yaşadığını təsəvvürə gətirmək çox çətindir. Bu gün həmin sakinlər öz rayonlarına qayıtmağa hazırdırlar.
Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə aparıldıqdan sonra Azərbaycan müvafiq beynəlxalq təsisatlara, məhkəmələrə müraciət edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
-
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
-
Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
Paşinyan Mertslə Azərbaycanla sülhdən danışdı
-
Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin
XƏBƏR LENTİ
-
Seda Sayan: "Mətbəxdəki kişi daha cazibədardır" fikri ilə razılaşmıram"
-
Barselona metrosunda partlayış: Yaralılar var – (Video)
-
"Barselona" Kərim Adeyemini transfer etdi
-
“Arzum” yenidən həbs oluna bilər
-
Tacir Şahmalıoğlu Bakını tərk edir
-
Binada yaşayanlar diqqətli olsun: Bu hərəkət 300 manat cərimə ilə nəticələnir
-
Bankdan 200 minlə çıxan şəxsi soydular - (Video)
-
Peskov Rusiyanın İrana kömək etdiyi iddialarını şərh etmədi
-
"Ərə getmədən ana olmaq istəyirəm"
-
Beyləqandakı silahlı insidentlə bağlı məhkəmə başlayır
-
Alimlər insan ömrünün maksimum yaş həddini açıqladı
-
Biləsuvarda 7 kənd qazsız qalacaq
-
2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi – "Çeşka"nı təkbaşına hərəkətə gətirdi - (Video)
-
Türkiyədə bir neçə çimərlikdə dənizə girmək qadağan edildi
-
Canlı yayımda Sedat Pekeri təhqir edən şəxs evində güllələndi
-
Xalq artistinin musiqiçilərlə zarafatı hamını güldürdü - (Video)
-
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib - (Foto)
-
Rusiyada Su-57 qırıcı təyyarəsi qəzaya uğradı
-
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
-
"Arsenal" ona 90 milyon qiymət qoydu
-
Model estetik əməliyyat zamanı öldü
-
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - Rəsmi
-
Azərbaycanlı aparıcı Kərbəla ziyarətində - (Video)
-
Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu





