Beyləqandakı silahlı insidentlə bağlı məhkəmə başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beyləqanda ağır cinayətlərlə bağlı iki iş məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai istintaq tamamlanıb.
Məlumata görə, iki cinayət işi üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.
İstintaqla müəyyən olunub ki, Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Əhməd Məmişov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Orxan Bəyzadlını qəsdən öldürməyə iki dəfə cəhd edib. Əvvəlcə zərərçəkmişə yaşadığı evin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla hücum edilib. Bu cəhd baş tutmadıqdan sonra isə Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında ona mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə cinayət əməlini başa çatdırmağa növbəti cəhd göstərilib.
Toplanmış sübutlar əsasında Əhməd Məmişova Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, şəxsi həyatın toxunulmazlığını pozma, xuliqanlıq və qanunsuz silah dövriyyəsi ilə bağlı, Muxamed Abdullayevə isə qəsdən adam öldürməyə cəhd, şəxsi həyatın toxunulmazlığını pozma, xuliqanlıq və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham elan olunub.
Digər cinayət işi üzrə aparılmış istintaqla isə Beyləqan rayon sakini Rahil Muradovun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsi, dövlət sərhədini dəfələrlə qanunsuz keçməsi, qanunsuz silah dövriyyəsində iştirak etməsi, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsi və zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır xəsarətlər yetirməsi müəyyən edilib.
İstintaq zamanı müəyyən olunub ki, Rahil Muradov digər şəxslərlə əlbir olaraq İran ərazisindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. O, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlayıb və daşıyıb, silah tətbiq etməklə xuliqanlıq törədib, zərərçəkmiş şəxslərə ağır bədən xəsarətləri yetirib. İstintaqla onun növbəti dəfə dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməsinə dair də kifayət qədər sübutlar toplanıb.
Toplanmış sübutlar əsasında Rahil Muradova ağır bədən xəsarəti yetirmə, qaçaqmalçılıq, xuliqanlıq, qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dövlət sərhədini qanunsuz keçmə, Ceyhun Əhmədova ağır bədən xəsarəti yetirmə, xuliqanlıq və qanunsuz silah dövriyyəsi, Samir Məmmədova isə narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri ilə ittiham elan olunub.
Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Beyləqandakı silahlı insidentlə bağlı məhkəmə başlayır
-
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib - (Foto)
-
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
-
Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
-
Xaçmazda dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı
-
Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə - (Video)
XƏBƏR LENTİ
-
Seda Sayan: "Mətbəxdəki kişi daha cazibədardır" fikri ilə razılaşmıram"
-
Barselona metrosunda partlayış: Yaralılar var – (Video)
-
"Barselona" Kərim Adeyemini transfer etdi
-
“Arzum” yenidən həbs oluna bilər
-
Tacir Şahmalıoğlu Bakını tərk edir
-
Binada yaşayanlar diqqətli olsun: Bu hərəkət 300 manat cərimə ilə nəticələnir
-
Bankdan 200 minlə çıxan şəxsi soydular - (Video)
-
Peskov Rusiyanın İrana kömək etdiyi iddialarını şərh etmədi
-
"Ərə getmədən ana olmaq istəyirəm"
-
Beyləqandakı silahlı insidentlə bağlı məhkəmə başlayır
-
Alimlər insan ömrünün maksimum yaş həddini açıqladı
-
Biləsuvarda 7 kənd qazsız qalacaq
-
2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi – "Çeşka"nı təkbaşına hərəkətə gətirdi - (Video)
-
Türkiyədə bir neçə çimərlikdə dənizə girmək qadağan edildi
-
Canlı yayımda Sedat Pekeri təhqir edən şəxs evində güllələndi
-
Xalq artistinin musiqiçilərlə zarafatı hamını güldürdü - (Video)
-
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib - (Foto)
-
Rusiyada Su-57 qırıcı təyyarəsi qəzaya uğradı
-
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
-
"Arsenal" ona 90 milyon qiymət qoydu
-
Model estetik əməliyyat zamanı öldü
-
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - Rəsmi
-
Azərbaycanlı aparıcı Kərbəla ziyarətində - (Video)
-
Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu





