Şou-biznes

Canlı yayımda Sedat Pekeri təhqir edən şəxs evində güllələndi

23 İyul 2026 15:19
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Şanlıurfa şəhərində sosial şəbəkədə canlı yayım zamanı Sedat Peker və ailəsi barədə təhqiramiz ifadələr işlədən Musa D. silahlı hücuma məruz qalıb.

Milli.Az xəbər verir ki, naməlum şəxs və ya şəxslər onun yaşadığı evə hücum edərək müxtəlif istiqamətlərdən atəş açıblar. Nəticədə Musa D. bədəninin bir neçə nahiyəsindən güllə yarası alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır və həyati təhlükəsinin davam etdiyini bildiriblər.

Silahlı hücumdan sonra polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Hadisədən sonra Sedat Pekerin sosial media hesabında Musa D.-nin güllələnməsi ilə bağlı paylaşımı bəyənərək "story" bölməsində paylaşması da diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.