Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - Rəsmi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır.
T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb:
"Hər bir müraciət operativ qaydada araşdırılıb, vətəndaşlara hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Müraciətlərin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparılıb, zəruri hallarda mühafizə və müdafiə mexanizmlərinin tətbiqi üçün müvafiq addımlar atılıb.
Məişət zorakılığı ilə bağlı müraciətlər üzrə operativ reaksiya təmin edilməklə yanaşı, zərərçəkmiş şəxslərin təhlükəsizliyinin qorunması, hüquqlarının təmin edilməsi və onların müvafiq xidmətlərə yönləndirilməsi daim diqqətdə saxlanılıb. Eyni zamanda, hər bir müraciət üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilib".
Qeyd edək ki, Dövlət Komitəsi məişət zorakılığı ilə mübarizənin yalnız hüquqi müdaxilə ilə məhdudlaşmadığını, eyni zamanda maarifləndirmə, erkən müdaxilə və institusional əməkdaşlığın bu istiqamətdə mühüm rol oynadığını vurğulayır. Məişət zorakılığı ilə bağlı hər bir müraciətə həssaslıqla yanaşılır və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 7 kənd qazsız qalacaq
-
2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi – "Çeşka"nı təkbaşına hərəkətə gətirdi - (Video)
-
Canlı yayımda Sedat Pekeri təhqir edən şəxs evində güllələndi
-
Xalq artistinin musiqiçilərlə zarafatı hamını güldürdü - (Video)
-
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib - (Foto)
-
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
XƏBƏR LENTİ
-
Biləsuvarda 7 kənd qazsız qalacaq
-
2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi – "Çeşka"nı təkbaşına hərəkətə gətirdi - (Video)
-
Türkiyədə bir neçə çimərlikdə dənizə girmək qadağan edildi
-
Canlı yayımda Sedat Pekeri təhqir edən şəxs evində güllələndi
-
Xalq artistinin musiqiçilərlə zarafatı hamını güldürdü - (Video)
-
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib - (Foto)
-
Rusiyada Su-57 qırıcı təyyarəsi qəzaya uğradı
-
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
-
"Arsenal" ona 90 milyon qiymət qoydu
-
Model estetik əməliyyat zamanı öldü
-
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - Rəsmi
-
Azərbaycanlı aparıcı Kərbəla ziyarətində - (Video)
-
Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
-
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
-
Adı "Real"la hallanan Rodri əməliyyat olunacaq
-
Əməkdar artist: "Həyatımdan narazıyam" - (Video)
-
İlhamə Novruzova işdən çıxarıldı
-
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
-
Toyda gəlinin başına gələn gözlənilməz hadisə müzakirə yaratdı - (Video)
-
Mopedlərlə bağlı dövlət rüsumları təsdiqlənib
-
Torres “Barselona”dan ayrılmağa hazırdır
-
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
-
Bloqer Arifənin əri ilə birgə atdığı çəki diqqət çəkdi - (Fotolar)
-
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib





