Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda prokurorun qərarı ilə psixiatriya müayinəsi, habelə profilaktik müayinə aparılacaq.
Bu, Prezident İlham Əliyev təsdiqlədiyi "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Qanuna əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək.
Bu halda da prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə psixiatriya müayinəsi, habelə profilaktik müayinə aparılacaq.
Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin ediləcək.
Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq. Müalicədən imtina edilməsi ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq.
DİGƏR XƏBƏRLƏR
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
XƏBƏR LENTİ
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)





