“Arzum” yenidən həbs oluna bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdən istifadə qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.
Bəs ev dustaqlığında sosial şəbəkələrə qadağa necə tətbiq olunur və bunun icrasına kim nəzarət edir? Təqsirləndirilən şəxs hansı konkret məhdudiyyətlərlə üzləşir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Bakupost"a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu məsələlər Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam təcrid olunmadan azadlığına müəyyən məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur:
"Məhkəmə tərəfindən tətbiq olunan əsas vəzifələr bunlardır: yaşayış yerini tam və ya günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq və onu işlək saxlamaq, məhkəmənin göstərdiyi ərazi hüdudlarından kənara çıxmamaq, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək".
Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də tətbiq edə bilər:
"Bura kütləvi tədbirlər təşkil etməmək və ya onlarda iştirak etməmək, müəyyən yerlərə getməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, zərurət olarsa, müalicə kursu keçmək kimi tələblər daxildir. Sosial şəbəkələrdən istifadə qadağası ayrıca vəzifə deyil.Qanunvericilikdə 163.3-1.5-ci maddədə açıq siyahı qoyulub - "təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr". Sosial şəbəkə qadağası məhz bu bənddən çıxır. Qismən də 163.3-1.4-dən, yəni müəyyən şəxslərlə ünsiyyət qadağasından. Ona görə də konkret həcmi - nəyin qadağan olunduğu, hansı istisnaların saxlandığı bilavasitə məhkəmə qərarında yazılır. Bu halda görürük ki, telefon əlaqəsi yalnız ailə ilə saxlanılır".
V.Şükürov vurğulayıb ki, ev dustaqlığında olan şəxsin qaydalara riayət etməsinə daxili işlər orqanları nəzarət edir:
"Vəzifələrə əməl olunmadığına dair əsaslı şübhə yaranarsa, prokurorun qərarı ilə əməkdaş yaşayış yerinə daxil olub yerində yoxlama apara bilər".
Vəkil əlavə edib ki, Cinayət-Prosessual Məcəllənin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının şərtləri pozularsa şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilir:
"Şərtləri pozan şəxsin tutulması barədə qərar çıxarılır və məhkəməyə həbs təqdimatı göndərilir. Tutulma 48 saatdan artıq davam edə bilməz. Belə ki, həmin maddəyə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pərviz Məmmədov vəfat etdi - (Foto)
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
-
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
-
300 balı əvvəlcə sayılmadı, sonra 627-yə yüksəldi
-
Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Alqı-satqı işləri üçün münasib gündür
-
Pərviz Məmmədov vəfat etdi - (Foto)
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
-
Tovuzda zəncirvari qəza olub, ölən var - Yenilənib (Foto)
-
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
-
Ronaldo və Messi eyni komandada oynayacaq
-
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
-
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub - (Video)
-
Sumqayıtda zəncirvari qəza - 5 nəfər xəsarət alıb - (Video)
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
-
Ancelina Coli Xarkovda - (Foto)
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
Bayılda binanın fasadı qopdu - (Video)
-
Yevlax və Bərdədə qaz olmayacaq
-
300 balı əvvəlcə sayılmadı, sonra 627-yə yüksəldi
-
Bakı yolları iflic vəziyyətdə - (Video)
-
"Son nəfəsində xahiş etdim ki, nə olar, məni sevdiyini de" - Yaşar Nurinin həyat yoldaşı
-
Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika
-
Benzema bu klubda pulsuz oynamağa razı oldu
-
Valeh Kərimov işsiz qalıb: “Deyirlər ki, bunun ömrü qurtarıb”
-
Binəqədidə yarımtikilidə yanğın olub - (Video)
-
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb





