"Fransa həmsədr vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi razılığı geri götürsün" - Arzu Nağıyev
Hərbi əməliyyatların aktiv fazası dövründə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirib və bu səfəri Fransanın qondarma "Arsaxla" həmrəyliyinin göstəricisi kimi qələmə veriblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, yuxarıda qeyd olunan addımlar və bəyanatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və beynəlxalq hüquq, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquq, BMT nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına ziddir.
Deputat vurğulayıb ki, həmsədrlərin 23 mart 1995-ci il tarixində qəbul edilmiş mandatına əsasən, Fransa öz fəaliyyətində ATƏT-in norma və prinsiplərini, BMT-nin Nizamnaməsini, ATƏT çərçivəsində qəbul olunmuş qərarları, o cümlədən ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarlarını və xüsusilə Budapeşt zirvə görüşünün Qərarını və müvafiq qaydada BMT Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutmalıdır:
"Fransa tərəfindən beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ikitərəfli hüquqi çərçivənin pozulması və vasitəçiliyin prinsip və qaydalarının heçə sayılması hətta ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqeyinin ifadə edildiyini nəzərə alaraq təklif edirəm ki, Fransaya vasitəçi olaraq etimadsızlığı bəyan edək və Fransa ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi razılığı geri götürsün. Bir sözlə Azərbaycan Fransa ilə bu qisimdə hər hansı bir təmasdan imtina etməlidir.
Şəhidlərimizin qanı bahasına başa gələn Qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilməz. Fransanın cəhdləri yolverilməzdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





