Siyasət

Hikmət Hacıyev: Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib - VİDEO

6 Noyabr 2020 19:16
Baxış: 2 026

Azərbaycanın işğal edilən Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib. Hətta qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

O bildirib: "Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.