Siyasət

Belçikada erməni terrorunun qurbanları yad edildi

3 Noyabr 2020 15:52
Baxış: 967

Belçikanın Ham şəhərində işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərinə, eləcə də digər yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə hücumu nəticəsində həyatlarını itirən mülki şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, azərbaycanlı və türkiyəli icma nümayəndələrinin iştirak etdiyi anım mərasimində çıxış edən Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Ermənistanın Azərbaycanda törətdiyi terror aktları barədə məlumat verib, dinc əhalinin və günahsız körpələrin işğalçı Ermənistan ordusu tərəfindən qəsdən hədəfə alınmasının yolverilməz olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.