Cəsədlərin təhvili ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib - BQXK
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərib.
Komitədən Milli.Az-a verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirilib. BQXK bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.
Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.
"BQXK, özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin, ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olur" deyə Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirir.
Qeyd edilib ki, vəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilmişdir.
Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.
BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi.
"Bu cür əməliyyatlar aidiyyəti ailələr üçün olduqca əhəmiyyətlidir. Öz əzizlərinin cəsədlərini ala bilməyən ailələr həm itkinin, həm də qeyri-müəyyənliyin səbəb olduğu ağrı ilə yaşamaq məcburiyyətində qalır. Əzizlərinin olduğu yer və onların taleyindən bixəbər olmaq əsl əzab-əziyyətdir. Ümid edirik ki, ailələr aparılmış əməliyyat nəticəsində müəyyən sonluq əldə biləcək. Onlar, əzizlərini öz adət-ənənələrinə uyğun dəfn edərək onlarla vidalaşa biləcək. Tərəflər bu növ əməliyyatların həyata keçirilməsi barədə qərar verdikdə BQXK bu əməliyyatlarda yenə də iştirak etmək hazırlığını bildirir" - deyə, Şüepp bildirir.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərmişdir. BQXK ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər





