Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər, eyni zamanda Türkiyə və Azərbaycanla dostluq hər kəsə çox şey qazadırar.
Milli.Az bildirir ki, bunu TREND BİA-nın "Bakı-İstanbul" telekörpü layihəsi çərçivəsində çıxışı zamanı Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
O qeyd edib ki, Azərbaycanda şəhid olanların yaxınlarının kədəri və acısı Türkiyədə hər kəsin acısı və kədəridir.
"Vətən müharibəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm"- deyə Topçu bildirib.
Onun sözlərinə görə Bakı və Ankara gücləndikcə bölgədə sülh və istiqrar bərqərar olacaq.
Milli.Az