Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində - VİDEO

29 Oktyabr 2020 17:56

Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər, eyni zamanda Türkiyə və Azərbaycanla dostluq hər kəsə çox şey qazadırar.

Milli.Az bildirir ki, bunu TREND BİA-nın "Bakı-İstanbul" telekörpü layihəsi çərçivəsində çıxışı zamanı Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Azərbaycanda şəhid olanların yaxınlarının kədəri və acısı Türkiyədə hər kəsin acısı və kədəridir.

"Vətən müharibəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm"- deyə Topçu bildirib.

Onun sözlərinə görə Bakı və Ankara gücləndikcə bölgədə sülh və istiqrar bərqərar olacaq.

Milli.Az