Siyasət

Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası

28 Oktyabr 2020 18:25
Baxış: 704

Ermənistan Bərdə şəhərində Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, mülki şəxsləri raket atəşinə məruz qoymaqla Ermənistan hərbi cinayət törədir:

"Dünya ictimaiyyəti Yerevanı dərhal pisləməli və gec olmadan Ermənistanı dayandırmalıdır".

Administrasiyadan bildiriblər ki, Ankara əvvəllər olduğu kimi, sonadək qardaş Azərbaycanın yanında olacaq.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.