Siyasət

Bərdənin raket atəşinə tutulması nəticəsində yaralanan uşaqlar... - FOTO

28 Oktyabr 2020 09:42
Baxış: 2 712

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəstəxanaya gətirilən 12 yaralıdan dördü də azyaşlıdır:

"Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır".

Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib: "Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam Xəstəxanaya gətirdilər. Əməliyyat olqəlpəni çıxardılar".

Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.