Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Erməni terror təşkilatları və erməni xüsusi xidmət orqanları son vaxtlar müxtəlif dünya ölkələrində obyektiv və tərəfsiz mövqe tutan KİV əməkdaşlarına , ictimai-siyasi dövlət xadimlərinə qarşı terror və şantaj hədələrini daha da fəallaşdırıblar.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, heç bir şübhə yoxdur ki, xarici ölkələrdə terror və şantajla məşqul olan erməni ünsürlər faşist Ermənistan dövlətinin cinayətkar uzantısından başqa bir şey deyil: "Xarici ölkələrdə erməni terror təşkilatları və Ermənistanın dövlət strukturları prinsipcə və fəaliyyət üsullarına görə bir-birini tamamlayır.
Ermənistan dövlətinin və ASALA terror təşkilatının birgə təhdid və şantaj əməllərinin özünü demokratiyanın beşiyi sayan Fransada daha fəal göstərməsi xüsusilə düşündürücüdür və təsadüf deyil. Məsələ burasındadır ki, Azərbaycanla hərb meydanında və informasiya müharibəsində əvvəlki mövqelərini sürətlə itirən dünya erməniçiliyi obyektiv və tərəfsiz jurnalistləri, deputatları və siyasət xadimlərini ölum və şantajla qorxudaraq həqiqəti gizlətməyə çalışırlar.Dağlıq Qarabağ münaqişəsinə daha obyektiv münasibət sərgiləyən Fransanın tf1 televiziyasının, Liberation qəzetinin və digər K7V-in əməkdaşlarının, parlamentin deputatlarının ASALA tərəfindən təhdid edilməsi dünya ictimaiyyətində böyük narahatlıq doğurur.Heç kimə sirr deyil ki, Ermənistan dövləti və Fransanın siyasi dairələri tərəfindən himayə olunan terrorçular öz cinayətkar əməlləri ilə söz, media və toplaşma azadlığı üçün böyük təhlükə mənbəyinə çevriliblər".
Baş redaktor deyib ki, bu gün dünya KİV-də Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini dərk və qəbul edənlərin sayı o qədər çoxalır ki, erməni terrorunun nisbətən ən güclü sayıldığı Fransada belə onun cinayətkar davranışları heç bir ciddi nəticəyə gətirib çıxara bilməz: "Bununla belə , Fransada obyektiv ictimai -siyasi xadimlərin və media mənsublarının erməni terrirçuları tərəfindən təqibinin gedərək güclənməsi bu ölkənin özünün onsuz da terror himayəçiliyi, ikili standart və ermənipərəstlık təzahürləri ilə zədələnmiş imicini daha da ağır zərbə altında qoyur.
Fransanın dövlət xadimləri fərqinə varmalıdır ki, bir neçə il əvvəl bu ölkədə terror hədəfi olmuş" Şarl ebdo " jurnalının kollektivinin dünya tərəfindən himayə edilməsi ilə Fransa dövlətinin bu gün erməni terror cəhdlərinə dözümlü yanaşması, hətta onu himayə etməsi qətiyyən bir araya sığmır.
Fransada əbyektiv KİV nümayəndələrinin erməni terrirçuları tərəfindən təqib edilməsi dünya ictimaiyyətinin hiddətinə səbəb olsa da, fridm hous, hyuman rayts votç, aministy international və digər hüquq müdafiə təşkilatlarının sakit seyrçiliyi təhlükəlidir və erməni terrorçularını cinayətkar əməllərə daha da ruhlandırır.
Dünya bilməlidir ki, bu gün Ermənistanın təcavüzünə qarşı müharibə ilə dünya ölkələrində erməni terroruna qarşı mübarizə mahiyyətcə eynidir.Fransada obyektiv düşünən bir tv jurnalistini təhdid edən erməni terrorçusu ilə Gəncə və digər məntəqələrimizdə dinc insanları, uşaq, qadın və qocaları qətlə yetirən Ermənistan hərbçilərinin bir- birindən heç bir fərqi yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı





