Siyasət

Gəncənin bombalanmasına etiraz edən Kanada azərbaycanlıları aksiya keçiriblər - VİDEO

19 Oktyabr 2020 10:30
Baxış: 1 102

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmasına etiraz edən Kanada azərbaycanlıları aksiya keçiriblər.

Milli.Az bildirir ki, aksiya iştirakçıları dünya ictimaiyyətindən aqressor Ermənistanın cəzalanmasını tələb etdilər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.