Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr verəcək.
Məktubda daha sonra diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, "Vahid Rusiya" fraksiyasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.
Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.
Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir, Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.
Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.
Azərbaycan parlamentinin Spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Sahibə Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Məktubun sonunda Sahibə Qafarova beynəlxalq ictimaiyyətin Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacağına və təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verəcəyinə ümidvar olduğunu ifadə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
-
XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman
-
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
-
“Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
-
Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir
XƏBƏR LENTİ
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“Liverpul” onun üçün 100 milyon avro ödəməyə hazırdır
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
-
Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
-
Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir





