"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər müəllimlərin geyimi ilə bağlı Milli Məclisdə səsləndirilən fikirlər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Lakin müzakirələrin gedişində məsələnin mahiyyəti bəzən yanlış təqdim edilir. Söhbət müəllimlərin hamısının eyni geyimdə məktəbə gəlməsindən, yəni vahid forma tətbiqindən getmir. Müzakirə olunan məsələ müəllim peşəsinin nüfuzuna, məktəb mühitinə və etik normalara uyğun geyim standartlarının müəyyənləşdirilməsidir.
Milli.Az-a açıqlamasında təhsil mütəxxəssisi Çingiz Səfərli bildirib ki, bu iki anlayış arasında ciddi fərq var. Geyim standartı müəllimin fərdi zövqünü məhdudlaşdırmadan onun peşəsinə uyğun, səliqəli və məktəb mühitinə yaraşan görünüşünü təmin etməyə xidmət edir:
"Bəzən belə fikirlər səsləndirilir ki, müəllimin geyimi təhsilin keyfiyyətinə təsir etmir. Əgər söhbət yalnız imtahan nəticələrindən və ya şagirdlərin akademik göstəricilərindən gedirsə, bunu müəyyən qədər qəbul etmək olar. Həqiqətən də bir müəllimin geyimi şagirdin riyaziyyat və ya fizika biliyini birbaşa artırmır.
Lakin təhsil yalnız dərs keçməkdən ibarət deyil. Məktəb cəmiyyət üçün şəxsiyyət yetişdirən bir məkandır. Burada şagirdlər təkcə fənləri deyil, davranış qaydalarını, ünsiyyət mədəniyyətini, məsuliyyəti və ictimai münasibətləri də öyrənirlər. Bu prosesdə müəllim yalnız bilik verən şəxs deyil, həm də hər gün müşahidə olunan və nümunə götürülən bir obrazdır.
Şagird müəllimin dediklərini dinləməklə kifayətlənmir, onun davranışını, danışıq tərzini, insanlarla münasibətini və xarici görünüşünü də diqqətlə izləyir. Xüsusilə ibtidai və yeniyetmə yaş dövründə uşaqlar müşahidə etdikləri nümunələri şüuraltı şəkildə mənimsəyirlər. Məhz buna görə müəllimin peşəkar görünüşü məktəbin tərbiyə mühitinin ayrılmaz hissəsidir.
Son illərdə sosial şəbəkələrin həyatımızdakı rolu bu məsələni daha da aktuallaşdırıb. Əvvəllər müəllimin fəaliyyəti əsasən məktəb divarları arasında qalırdısa, indi bir foto və ya qısa video saniyələr ərzində minlərlə insana çata bilir. Bu mənada müəllimin həm davranışı, həm də geyim seçimi daha çox ictimai diqqət mərkəzində olur.
Əlbəttə, heç kim müəllimlərin dəbdən geri qalmasını və ya köhnə yanaşmalarla geyinməsini təklif etmir. Müəllim də cəmiyyətin bir üzvüdür, zövqlü və müasir geyinə bilər. Ancaq məktəbin özünəməxsus etik mühiti var. Bu mühitdə həddindən artıq diqqət cəlb edən, peşəkar obrazı kölgədə qoyan geyim və ya aksesuar seçimi uyğun hesab edilə bilməz. Müəllim auditoriyaya daxil olanda şagirdin diqqətini ilk növbədə onun biliyi, şəxsiyyəti və müəllimliyi cəlb etməlidir, zahiri nümayişkarlıq yox.
Təəssüf ki, bəzən elə hallarla rastlaşırıq ki, müəllimin seçdiyi geyim məktəb mühitindən daha çox şənlik və ya əyləncə məkanına uyğun olur. Belə nümunələr çoxluq təşkil etməsə də, onların cəmiyyətdə yaratdığı müzakirələr müəllim peşəsinin ümumi nüfuzuna təsirsiz ötüşmür.
Necə ki, müəllimin nitqi, etik davranışı, ünsiyyət mədəniyyəti onun peşə obrazını tamamlayır, geyimi də bu obrazın ayrılmaz elementlərindən biridir.
Məhz buna görə müəllimlər üçün geyim standartlarının müəyyənləşdirilməsi azadlıqların məhdudlaşdırılması kimi deyil, peşə etikasının qorunmasına xidmət edən addım kimi qiymətləndirilməlidir. Burada məqsəd hamını eyni geyimə salmaq deyil, müəllim peşəsinin nüfuzunu, məktəbin tərbiyə mühitini və cəmiyyətin müəllimdən gözləntilərini nəzərə alan ümumi prinsipləri formalaşdırmaqdır.
Müəllim müasir dövrün tələblərinə uyğun görünməli, zövqlə geyinməli, yeniliklərdən geri qalmamalıdır. Ancaq eyni zamanda müəllim obrazına xələl gətirəcək ifrata da yol verməməlidir. Bir sözlə, təkcə biliyi ilə deyil, davranışı, nitqi və görünüşü ilə də gələcək nəslə nümunə olmalıdır".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Azərbaycanda taksi qiymətləri artacaq?
XƏBƏR LENTİ
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi
-
5 gündə 90 mindən çox sərnişin - Bakıdan bölgələrə böyük axın
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
-
Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)





