Dünya

Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi

19 İyun 2026 15:41
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.

Milli.Az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, görüşdə Rusiyanın xarici siyasət gündəliyində yer alan məsələlər müzakirə olunub. Əsas məruzə ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Müşavirədə həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digər yüksəkvəzifəli dövlət rəsmiləri iştirak ediblər.

Görüş zamanı ölkənin beynəlxalq münasibətlər sahəsindəki prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.