Siyasət

Kılıçdaroğlu Gəncəyə olunan raket hücumundan yazdı

17 Oktyabr 2020 11:45
Baxış: 1 636

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gəncəyə olunan raket hücumu ilə bağlı yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tvitter hesabında paylaşım edən Kılıçdaroğlu Ermənistanın müharibə cinayəti törətdiyini bildirib.

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm. Qardaş Azərbaycan xalqına keçmiş olsun və bir daha təkrar edirəm ki, haqlı işlərində onların yanındayıq", - Kılıçdaroğlu qeyd edib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.