Səfir: "Azərbaycanın haqq mübarizəsi Pakistan televiziyalarında mütəmadi yayımlanır" - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, qonağı salamlayan Müvəkkil onu yeni təyinatı münasibətilə təbrik edib və Ombudsman təsisatı ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidini ifadə edib.
Səbinə Əliyeva Azərbaycan və Pakistan arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu bildirib. Pakistanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayan Müvəkkil dövlətlərimizin beynəlxalq arenada hər zaman bir-birini dəstəklədiyini qeyd edib.
S. Əliyeva Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə 2020-ciil 27 sentyabr tarixindən etibarən Azərbaycanın cəbhə xətti boyunca yerləşən Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Cəbrayıl rayonlarını, habelə cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Beyləqan, Xızı və Abşeron rayonlarını ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib.
Ombudsman əlavə edib ki, Ermənistan hərbi qüvvələri beynəlxalq hüquq normaları, eyni zamanda beynəlxalq insan hüquqları və humanitar hüquq normalarına zidd olaraq, xüsusilə mülki şəxsləri hədəfə almaqla onların sıx məskunlaşdığı yaşayış məntəqələrinə raket və beynəlxalq səviyyədə qadağan edilmiş kasetli bomba və digər silahlardan istifadə edərək ciddi zərbələr endirir. O qeyd edib ki, artilleriya zərbələri əhalinin xüsusilə həssas qruplarından olan uşaq, qadın, ahıl və əlilliyi olan şəxslər də daxil olmaqla dinc sakinlərin çoxsaylı tələfatı və yaralanması ilə nəticələnib. Habelə vurğulanıb ki, həmin ağır zərbələr nəticəsində nəinki mülki evlər, hətta tarixi və mədəni abidələr, inzibati binalar, təhsil müəssisələri, xəstəxanalar və sosial obyektlər də ciddi zərər görüb.
Görüş zamanı Müvəkkil tərəfindən insan hüquq və azadlıqlarının pozulması hallarının yerində araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi və hazırlanmış geniş hesabatların müvafiq beynəlxalq təşkilatlara göndərildiyi qeyd olunub.
Öz növbəsində səfir Müvəkkilin fəaliyyəti ilə bağlı mətbuat xidməti tərəfindən mütəmadi olaraq yayımlanan məlumatları davamlı izlədiyini, həmçinin beynəlxalq ictimaiyyətə ünvanladığıbəyanat və faktaraşdırıcı hesabatları ilə yaxından tanış olduğunu bildirib. Bundan başqa O, Ermənistan tərəfindən 11 oktyabr tarixində Gəncədə əhalinin sıx yaşadığı yaşayış məntəqələrinin, çox mərtəbəli binaların, mülki obyektlərin bombardman edilməsi nəticəsində baş vermiş dağıntılar ilə yerində tanış olduğunu əlavə edib.
Cənab B. Haye eyni zamanda Pakistanda yerli televiziya kanallarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və haqq mübarizəsinin Pakistan tərəfindən dəstəklənməsi ilə bağlı xəbərlərin mütəmadi olaraq yayımlandığını diqqətə çatdırıb.
Yekunda Müvəkkil Pakistan səfirinə ölkəsinin Azərbaycanı bu çətin zamanda bütün səviyyələrdə dəstəklədiyinə görə şəxsən minnətdarlığını bildirib, Pakistan İslam Respublikası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqət və dəstəyinin də xüsusi əhəmiyyətə malik olduğunu bir daha vurğulayıb.
Səfir isə öz növbəsində səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirib və qeyd edib ki, görüşdə Müvəkkilin mövcud vəziyyətlə bağlı qaldırdığı məsələlərin əhəmiyyətini nəzərə alaraq bu haqda Pakistan hökümətinə məlumat verəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





