Prezident İlham Əliyev: Biz zəfər marşındayıq və belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə tələb edir
Biz Madrid prinsipləri adlandırılan təməl prinsiplərə sadiqik. Çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir. Onsuz da Ermənistan bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlama verib. Mənə verilən məlumata görə, Ermənistanın baş naziri dünən, ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün keçərli deyil. Yəni, Ermənistan danışıqlar prosesini pozur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində səsləndirib.
"Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadiqik. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, - çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi, - Xankəndiyə qayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev sözünə davam edərək deyib: "Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə yeksan etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax onların yanaşması budur, bizim yanaşmamız isə budur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





