"Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur" - Hacı Şahin Həsənli
"Din xadimləri haqqın yanında olmalıdırlar, haqqa xidmət etməlidirlər. Din xadimlərinin əsas vəzifəsi budur, çünki Allaha inanan insan mütləq haqqın tərəfində dayanmalıdır".
Bunu Milli.Az-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.
İlahiyyatçı bildirib ki, Ermənistan Qarabağda baş verənləri din davası kimi təqdim etməyə çalışır:
"Növbəti dəfə Ermənistan rəhbərliyinin dini istismar etməsinin şahidi oluruq. Bu davaya, bu təcavüzə "din davası" adı qoymaq cəhdlərinin şahidiyik. Halbuki Azərbaycan heç bir din davası aparmır. Azərbaycan ərazisində tarixən ən müxtəlif din təmsilçiləri Azərbaycanı öz vətəni hesab edərək burada bir-biri ilə dinc, yanaşı yaşayıblar. Amma onlar bunu din davası kimi təqdim etməyə çalışır. Güya, onlara qarşı etnik təmizləmə aparılır. Halbuki bütün bunlar cəfəngiyatdır. Sadə həqiqət var ortada, Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq öz torpaqlarını işğaldan azad etməklə məşğuldur. Bu, həm ilahi ədalər nöqteyi nəzərindən uyğun addımlardır, həm beynəlxalq qanunvericiliyə uyğundur".
Hacı Şahin qeyd edib ki, Ermənistan hakimiyyəti din xadimlərini bu prosesə cəlb edir:
"Ermənistan hakimiyyətinin acizliyinin növbəti təzahürü bundan ibarətdir ki, onlar din xadimlərini bu prosesə cəlb edirlər. Əlbəttə ki, din xadimi bir vətəndaş olaraq Azərbaycanda da ordunun, xalqın yanındadır. Din xadimlərimiz həmişə bu məsələlərdə öndə olublar, amma təcavüzkar orduya din xadimlərinin açıq, nümayişkəranə şəkildə cəlb olunması, kilsələrin bir döyüş nöqtələrinə çevrilməsi onu göstərir ki, Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur və onlar hətta öz çirkin məqsədlərinə çatmaq üçün dindən, inancdan belə həmişəki kimi sui-istifadə etməyə hazırdırlar".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





