İdman

"Barselona"nın oynadığı futbol deyil" - Simeone

24 Sentyabr 2026 02:02
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında "Qalatasaray"ın rəqiblərindən biri olan "Barselona" haqqında danışıb.

Milli.Az-ın xəbərinə görə, La Liqa tituluna iddialı olan "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"nı tərifləyib. Argentinalı məşqçi Hansi Flikin rəhbərliyi altında "Barselona"nın oyun tərzini vurğulayıb və Kataloniya komandasını liqanın ən yaxşısı adlandırıb.

"Onlar fərqli futbol oynayırlar"

Simeone Çempionlar Liqasında "Qalatasaray"ın rəqiblərindən olan "Barselona" haqqında bu açıqlamaları verib:

""Barselona" bizdən fərqli bir idman növü ilə məşğul olur. Meydanda 9 nömrəli oyunçuları yoxdur, amma birdən Rafinya meydana çıxdı və 12 qol vurdu. Səhv etmirəmsə, Lamin Yamal da 7 qol vurub".

"Onlar indi ən yaxşı komandadır"

Təcrübəli məşqçi "Barselona"nın təzyiq gücünü vurğulayaraq sözlərinə belə davam edib:

"Onlar sizi öz yarımmüdafiə xəttinizdə sıxışdırır və nəfəs almağınıza imkan vermirlər. Risk etməkdən və qol buraxmaqdan çəkinmirlər. Onlar hazırda ən yaxşı komandadır".

"Barselona" zirvədə

La Liqada keçirdiyi 7 oyunun hamısında qalib gələn "Barselona" 21 xalla turnir cədvəlinin başındadır. "Atletiko" və "Real Betis" komandalarının hər birinin 16 xalı var, "Real" isə 15 xalla dördüncü yerdədir.

Kataloniya komandası ən yaxın rəqibləri "Atletiko" və "Real Betis"dən 5 xal, "Real"dan isə 6 xal qabaqdadır. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.