Siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənilərə qarşı Türkiyə hərbi təyyarələrindən istifadə edilməsi iddiaları yalandır

30 Sentyabr 2020 18:09
Baxış: 1 028

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın Dağlıq Qarabağda Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə hərbi təyyarələrindən istifadə edilməsinə dair iddiaları ilə bağlı açıqlama yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin açıqlamasında deyilir ki, Dağlıq Qarabağda Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə hərbi təyyarələrindən istifadə olunması barədə erməni tərəfinin iddiaları yalandır.

Nazirlik bəyan edib ki, bu kimi yalan xəbərlərlə Ermənistan məqsədli şəkildə qara təxribatla məşğul olduğunu göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.