Siyasət

"Axı erməni kimdir ki..." - Xalq artisti

29 Sentyabr 2020 16:53
Baxış: 5 338

"Bütün Azərbaycan xalqını bu gözəl əks-hücumlar münasibətilə təbrik edirəm. Ordumuza möhkəm iradə arzulayıram".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Məmməd Səfa Qasımov Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlər barədə danışarkən deyib.

I Qarabağ müharibəsindən bəhs edən "Dolu" filmindəki komandir obrazı ilə könülləri fəth edən Xalq artisti ordumuzun tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı işğaldan azad edəcəyinə çox inandığını bildirib:

"Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, Allah bütün analara böyük səbr, dözüm versin. Müharibə olan yerdə torpaqlarımızın geri qaytarılmasında təbii ki, şəhid də verəcəyik. Bu gün Azərbaycanda o ailə yoxdur ki, ondan bir nəfər heç olmasa hərbidə xidmət etməsin. Əlbəttə ki, bu bizim ordumuzdur. Mən bunu Məmməd Səfa kimi deyirəm, biz arxada olsaq da bu gün Prezidentimizin, Ali Baş Komandanın əmrinə hər an hazırıq və sadəcə bizə bir söz lazımdır ki, siz də bizə lazımsınız. 

Mənə elə bir fəxr hissi gəlir, bütün vücudum silkələnir

Bizim torpaqlarımız işğal ediləndə vahid ordumuz yox idi bizim. Xocalıdakı soyqrım, Şuşadakı erməni vəhşilikləri, silahsız insanların üstünə tankla, digər zirehli texnika ilə, silahla gələndə bizim əlimizdə heç ov tüfəngi də yox idi. İndi isə şükür Allaha ki, bizim elə bir texnikaya malik ordumuz var ki, Ali Baş Komandanın rəhbərliyi ilə elə güclü ordumuz var ki, mən əminəm, inanıram ki, bu ordu torpaqlarımızı işğaldan azad edəcək, 30 illik həsrətə son qoyacaq. Mənim içimdə elə bir xoş təəssürat var, inanın. Mənə elə bir fəxr hissi gəlir, indi sizlə danışıram, mənim bütün vücudum silkələnir. Bu, böyük bir fəxrdir, böyük bir fəxarətdir. 

Bu gün bütün xalq Prezidentin ətrafında cəmlənib

Bu, hər birimizin çiynində inanın ki, bu vaxta qədər ağır bir yük idi. Axı erməni kimdir ki, o bizim torpaqlara bu gün gəlib sahib çıxmaq istəyir? Məgər biz ölmüşük, bəyəm biz yoxuq? Şükür Allaha, bu gün bütün xalq Prezidentin ətrafında cəmlənib. Biz də bir mədəniyyət xadimləri kimi, hər birimiz bir müsəlləh əsgər kimi vətənin uğrunda ölməyə hazırıq.

Ordu bax belə olar, hücum belə olar

Ermənilərin sözü var, bax, indi desinlər. Ordu bax belə olar, hücum belə olar. Mən əminəm ki, biz tezliklə bütün torpaqlarımızı azad edəcəyik və bu, bütün Azərbaycanda bir bayrama çevriləcək. Bu dəqiqə orada şiddətli döyüşlər gedir. Bir daha orada vuruşan bütün əsgərlərimizə iradə, səbr, dözüm arzu edirəm. Onlara demək istəyirəm ki, biz də varıq, biz də sizin arxanızdayıq, hər an sizin yanınızdayıq".  

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.