Baş Prokurorluq erməni təxribatı nəticəsində hazırkı vaxtadək dəymiş zərəri açıqladı
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 yaşayış evi, 5 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdur. Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 29.09.2020-ci il tarixdə saat 13 radələrində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olmuş, məntəqənin binası dağılmış, ərazidəki sakinlər təxliyyə edilmişdir.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi
-
NATO-Ermənistan təlimləri: Zaxarova xəbərdarlıq etdi
-
167 sm-lik rekord: Özbəkistanlı futbolçu DÇ tarixinə düşdü
-
Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)





