Siyasət

"Paşinyan hakimiyyətə göyərçin kimi gəldi, amma artıq quzğundur"

24 Sentyabr 2020 15:27
Baxış: 1 905

"Keçmişə bir qədər nəzər salsaq görərik ki, dəfələrlə Ermənistan rəhbərləri - istər onların prezidenti, istər baş naziri, istərsə də XİN rəhbəri belə bəyanatlar veriblər".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın ötən gün etdiyi "Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır" açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan XİN rəhbərinin bu bəyanatı Azərbaycanın başının altına yastıq qoymaq məqsədi daşıyır:

"Onlar bizim başımızın altına yastıq qoymaq istəyirlər ki, güya sülh məramlarına sadiqdirlər, güya çalışırlar çıxış yollarını tapsınlar. Əslində isə ümumiyyətlə onlar bu proseslərdə çox dağıdıcı bir mövqe tuturlar və biz görürük ki, bir yandan silahlanırlar, Digər tərəfdən özləri demədikləri sözü heç kim tərəfindən tanınmayan, qondarma Dağlıq Qarabağ respublikasının rəhbərlərinin ağzına atırlar. Onlar da "Biz müharibəyə hazırlaşmalıyıq. Azərbaycan bizi heç vaxt tanımayacaq" və s fikirlər dilə gətirir. Yəni, burada biz özümüzün acı təcrübəmizə istinad etsək görərik ki, belə fənlər, belə yalançı gedişlər çox olub və onlar həqiqətən də çalışırlar bizi çaşdırsınlar, beynəlxalq qurumlar arasında, Baş Assambleyada özləri ilə bağlı yaxşı, ürəkaçan bir görüntü yaratsınlar. Amma əslində elə deyil. Məsələ ondadır ki, Ermənistan cəmiyyəti vəhşi bir cəmiyyətdir. Əgər orada normal, sakit düşünən adamlar varsa, onların sayı çox azdır. Onlar cəmiyyətə, bəşəriyyətə qarşı həmişə öz məkirli məqsədləri və hədəfləri uğrunda cinayətlər törətməyə hazır olublar, hazırdırlar və indi də o cinayətləri törədirlər. Ona görə də biz belə yalançı gedişlərə aldana bilmərik".

T. Abbasov onu da qeyd edib ki, ermənilər bizi inandırmağa çalışırlar ki, güya onlarda nəsə konstruktiv bir yanaşma var, güya onların addımlarında, fikirlərində bir dəyişiklik var:

"Düzdür, indi Ermənistan cəmiyyətində də, Azərbaycan cəmiyyətində də bir az canlanma var. Beynəlxalq diplomatiya bir qədər hərəkətə gəlib. Parlamentimizin sədri Moskvada danışıqlar aparır. Rusiya da bu məsələlərə münasibət bildirir, bəzi hallarda münasibətləri təzadlı tərzdə səslənir.

Ermənilər həm də qorxduqlarına görə bir növ geriya addım atırlar. Bizi inandırmağa çalışırlar ki, güya onlarda nəsə konstruktiv bir yanaşma var, güya onların addımlarında, fikirlərində, məramlarında bir dəyişiklik var. Amma əslində bu yoxdur. Səbəb də bir şeydən ibarətdir, Ermənistan cəmiyyəti son dərəcə aqressivdir. Onların İrəvanda, digər şəhərlərdə qaldırdıqları heykəllər də göstərir ki, ermənilər adətən terror qurbanlarını, faşizm qurbanlarını yox, faşistlərlə terrorçuları sayqı ilə yad edirlər, onları bütləşdirirlər, onları özlərinin milli qəhrəmanları elan edirlər. Ona görə də elə qeyri-sağlam düşüncəli cəmiyyətdə heç vaxt konstruktiv bir şey yarana bilməz. Nikol Paşinyan hakimiyyətə gələndə göyərçin kimi gəldi, amma üstündən heç 2 il keçər-keçməz artıq quzğundur. O çalışır ki, manevirlər etsin, Azərbaycana psixoloji təsirlər göstərsin, bizdə qorxu hissi oyatsın. Sözümün canı odur ki, belə bəyanatlara inanmaq olmaz".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.