Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, "Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi"nin və "Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi"nin təsdiq edilməsi barədə Qərar verib.
Qərarla "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb, "Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi" və "Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi" təsdiq edilib.
Azərbaycan Respublikasında kosmik sənayenin inkişaf etdirilməsi, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübəni öyrənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi məqsədilə qeyd olunan Şura yaradılıb.
Əsasnaməsində Şuranın funksiyaları, hüquqları, strukturu və fəaliyyətinin təşkili müəyyənləşdirilib.
Əsasnaməyə əsasən, Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir və Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Şura kosmik sahədə həyata keçirilən proqramların və görülmüş işlərin monitorinqini aparır, normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinİ və nəticələrinin təhlil edir, habelə onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və aidiyyəti qurumlara (orqanlara) müvafiq təkliflər və tövsiyələr verir. Kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.
Bu Qərarla Şuranın tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Azərbaycan Respublikasının Maliyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi daxil edilmişdir.
Şuraya rəhbərlik Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilmiş sədr tərəfindən həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





