Siyasət

Nazir müavini: Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır

16 Sentyabr 2020 16:58
Baxış: 617

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

Nazir müavini bildirib ki, Azərbaycn və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparır: "FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. COVİD-19-la mübarizədə də birgəyik və hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır".

Yavuz Selim Kıran əlavə edib ki, Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi Azərbaycan və Türkiyə arasında qardaşlığın ən yüksək nümunəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.