Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ötən sessiyanın hesabatını verdi - FOTO
Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, komitənin sədri Səməd Seyidov iclasın gündəliyi barədə məlumat verib.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat təqdim edildi. Bildirildi ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi qeyd etmək olar.
Qeyd olunub ki, yaz və növbədənkənar sessiyalar dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə 2 min 429 müraciət daxil olub və bunların hamısı cavablandırılıb.
Pandemiya şəraitinə baxmayaraq komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVİD-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi köməklik göstəriblər.
Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul saydılar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqlədilər.
Sonra komitə sədri "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsini şərh etdi. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə etdilər.
Komitənin iclasında cari məsələlərə baxıldı. Aparılan fikir mübadiləsində komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov, Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla daha sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa olunması, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsnin və məskunlaşmasının qarşısının alınması və s. aktual məsələlərə dair rəy və təkliflərini bildirdilər.
İclasın gündəliyində baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı





