Siyasət

Azərbaycan Prezidentinin Türkiyəyə dəstək bəyanatı "TRT World" telekanalında müzakirə olunub - VİDEO

7 Sentyabr 2020 14:03
Baxış: 1 183

Ermənistanla hərbi ittifaqa daxil olmaqla Yunanıstan faktiki olaraq Türkiyə üçün yeni təhdid mənbəyi yaratmaq istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "TRT World" telekanalına müsahibəsində deyib.

S.Mikayılova bildirib ki, Ermənistanın Türkiyə əleyhinə fəaliyyəti bütün dünyada tanınır:

"Biz Ermənistanın Türkiyə və Azərbaycana qarşı çoxsaylı terror aktlarının və digər təxribatlarının şahidi olmuşuq. Yunanıstanın Ermənistanla hərbi ittifaqa daxil olmaq niyyəti də, əslində, Azərbaycan və Türkiyəyə qarşı yeni hücumları planlaşdırmağa yönəlib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.