Siyasət
Sərdar Cəlaloğlu: "Mənasız cəhdlərlə müxalifəti zorla birləşdirə bilmərik ki"
22 Aprel 2010 14:44
Baxış: 184
- ADP Rəyasət Heyətinin partiyanın seçkiyə təkbaşına qatılmaqla bağlı qərar verdiyi deyilir.
- Buna hələ qərar demək doğru olmaz. Sadəcə ayrı-ayrı blokların, partiyaların mövqeyini təhlil edərək, belə nəticəyə gəlmişik ki, biz müxalifətin ümumi birliyinə nail ola bilmirik. Ən yaxşı halda mövcud konfiqurasiyalardan birinə daxil olmaq olar ki, bu da bloklaşmanı gücləndirməkdən başqa bir şeyə xidmət etməyəcək. Ona görə də Rəyasət Heyəti təklif etdi ki, bu seçkidə bitərəf xətt yürüdək və seçkidə ayrılıqda iştirak edək. Yekun qərarı isə partiyanın Ali Məclisi verəcək. Biz Ali Məclisin əvəzinə qərar qəbul edə bimərik. Sadəcə artıq belə bir istiqamət götürmüşük. Partiya strukturlarına da müvafiq göstərişlər vermişik ki, seçkiyə ayrılıqda qatılmaq imkanlarımızı araşdırıb, məlumat versinlər.
- Son bir neçə ayda müxalifətin ümumi birliyinə nail olmaq üçün ən çox səy göstərən, demək olar ki, siz oldunuz. Bütün bunlardan sonra belə bir nəticəyə gəlməyiniz, birlik imkanlarının tükənməsi anlamına gəlir?
- Birlik məssləsi yalnız seçkilərlə bağlı gündəmə gəlməli deyil. Hesab edirəm ki, bu, demokratik düşərgənin başlıca hədəflərindən biri olmalıdır. Amma indiki situasiya belədir ki, heç də bütün tərəflər demokratik düşünmür, bir çoxları məsələyə milli və dövlət maraqları baxımından yanaşmır. Ona görə də birliyin zəruriliyini dərk etmir və bu istiqamətdə məqsədəuyğun fəaliyyət göstərmək istəmirlər. Artıq ortaya ümumi bir iradə qoyulub ki, bu birlik alınmasın. Belə olan halda mənasız yerə birlik cəhdləri etməyin adı yoxdur.
- Bu iradəni ortaya qoyan kimlərdir?
- Elə gördüyünüz, bildiyiniz bütün müxalifət qüvvələri.
- Bu halda seçkidə müxalifətin iştirak forması necə olacaq? Proqnozlarınız necədir?
- Bu seçkidə ən azı 5-6 müxalifət mərkəzi iştirak edəcək. Bu da ona gətirib çıxaracaq ki, hər dairədən ən azı 3-4 müxalifət namizədi bir-birinə rəqib olacaq. İndi belə bir fikir səslənir ki, guya bloklar dairələr üzrə namizədləri razılaşdıracaqlar. Bu necə mümkün ola bilər? 6 seçki bloku 125 dairə üzrə yerləri necə bölüşdürə bilər? Axı hər bir blok ən azı 60 namizəd irəli sürməlidir. Bu da ümumilikdə 360 nəfər, hər dairə üzrə isə 3-4 nəfər edir. Deməli, bu durumda hətta partiyalar, bloklar öz aralarında razılaşsalar da, praktiki cəhətdən bu, mümkün deyil. Yenə müxalifətin 2 bloku olsaydı, hansısa razılığa gəlmək mümkün olardı. Tutaq ki, 50+1 prinsipi ilə namizədləri razılaşdırmaq mümkün olardı. Uzaqbaşı bir neçə dairədə alternativlər olardı ki, bu da qəbulediləndir. İndiki halda isə məcbur olacaqsan ki, kiminsə tərəfini tutasan. Bu da lazımsız qütbləşməyə, cəbhələşməyə gətirib çıxaracaq. Ona görə heç razılaşmaq lazım da deyil. İndi ki, siyasi qüvvələr seçkiyə müstəqil şəkildə qatılmaq barədə qərar verib, ondan qoy hər kəs öz imkanları daxilində seçkidə iştirak etsin.
- Hər dairədə müxalifətin 5-6 yerə parçalanması hansı uğuru vəd edir?
- Heç bir uğur vəd etmir. Dediyim kimi, birlik məsələsi yalnız seçkiylə məhdudlaşmalı deyil. Müxalifətin birliyi bütün hallarda demokratik nailiyyət hesab olunmalıdır. Amma indi heç kim bunu dərk eləmir. Hərə öz dünyagörüşü, baxışı, siyasi məqsədlərindən çıxış edib, hansısa şəkildə bu birliyin əleyhinə çıxır. Müxalifəti zorla birləşdirə bilmərik ki!
- AXCP və Müsavatdan sonra Ümid Partiyası da kütləvi aksiyaların keçirilməsi haqqında qərar qəbul edib. ADP-nin də belə bir qərar verməsi gözlənilirmi?
- Bizim partiya hesab edir ki, bu gün ölkədə kütləvi aksiyaların keçirilməsinə sosial sifariş yoxdur. Belə aksiyalar uzaqbaşı partiya funksionerləri və üzvlərinin hesabına keçirilir və ümumilli əhəmiyyət kəsb edən aksiyalara çevrilmir. O zaman ki, xalq da ciddi şəkildə belə bir ehtiyac olacaq, onda siyasi qüvvələrin də kütləvi aksiyalar barədə qərar verməsi qaçılmaz olacaq. Amma bu gün, dediyim kimi, belə bir sosial sifariş yoxdur.
Yaşar
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
XƏBƏR LENTİ
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək