"Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.
Milli.Az