Siyasət

Ermənistan itkiləri açıqlayır: Daha bir erməni hərbçisi ölüb

27 İyul 2020 11:06
Baxış: 2 348

Ermənistan Respublikasının hərbi qulluqçusu aldığı güllə yarasından ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gecə saat 01:10 radələrində Ermənistan Respublikasının şimal-şərq istiqamətində yerləşən hərbi mövqelərindən birində qulluq edən əsgər Aşot G.Mikaelyan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə hərbi ekspertlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkiləri gizlətdiyini və zamanla bu itkiləri bir-bir açıqlayacaqlarını bildirirdilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.