Siyasət

Əminəm ki, mediamızın cəmiyyətdəki roluna, jurnalist əməyinə verilən belə yüksək dəyər hər zaman davamlı olacaqdır

24 İyul 2020 16:35
Baxış: 707

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə milli mətbuatımızın 145 illiyi ilə əlaqədar həmkarlarımın əməyinə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm.

Dövlət başçımız ulu öndər Heydər Əliyevin müstəqillik illərində milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsini uğurla davam etdirir. Eyni zamanda onu da deyim ki, cənab Prezident özü də ənənə yaradıcısıdır. O, 2005-ci ildən - milli mətbuatımızın 130 illik yubileyindən başlayaraq hər yubiley ilində media təmsilçilərimiz kütləvi şəkildə mükafatlandırır. Əminəm ki, mediamızın cəmiyyətdəki roluna, jurnalist əməyinə verilən belə yüksək dəyər hər zaman davamlı olacaqdır.

Dövlət başçımızın sərəncamları ilə fəxri ad və diplomlara, orden və medallara, Prezidentin fərdi təqaüdünə layiq görülmüş bütün həmkarlarımı təbirk edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

Əflatun Amaşov
Mətbuat Şurasının sədri

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.