Siyasət

"12 iyul hadisəsi Ermənistan tərəfindən törədilən hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir"

21 İyul 2020 11:34
Baxış: 771

12 iyul hadisəsi Ermənistan tərəfindən törədilən hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

L.Abdullayeva bildirib ki, Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. O bildirib ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər, onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.

L.Abdullayeva vurğulayıb ki, beynəlxalq təşiklatlar Azərbaycanı birmənalı dəstəklədilər:

"Ermənistanın yeni təxribat, gücdən istifadə etmək və yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.