Siyasət

Cəbhənin Tovuz istiqamətində vəziyyət necədir? - FOTO

18 İyul 2020 09:33
Baxış: 2 166

İyulun 17-də gecə saatlarında Tovuzun bəzi kəndləri istiqamətində erməni təxribatı davam edib.

Milli.Az bildirir ki, "Yeni Müsavat" Media Qrupunun Tovuzda olan əməkdaşları xəbər verir ki, kiçik çaplı silahlardan Ağdam, Əlibəyli və Yuxarı Öysüzlü kəndləri atəşə tutulub.

Ağdamda bir neçə fərdi yaşayış evi də atəş altında qalıb. Güllələr həyətdəki ağaclara dəyib.

Tovuzdan olan millət vəkili Qənirə Paşayeva da axşam saatlarında kəndlərin atəşə tutulduğunu təsdiq edib.

Qeyd edək ki, 17-dən 18-nə keçən gecə isə cəbhənin Tovuz istiqamətində sakitlik olub. Ara-sıra kiçik çaplı silahlardan açılan atəş səsləri eşidilib.

Hazırda əməkdaşlarımız Ağdam kəndindəndir. Kənddə vəziyyət normal günlərdə olduğu kimi davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.