Siyasət

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi: ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır

16 İyul 2020 23:19
Baxış: 1 122

ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Qilmor deyib.

C.Qilmor bildirib: "Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir".

ABŞ-ın daimi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri prosesdə fəal iştirak edir:

"Dünən həmsədrlər mətbuata açıqlama verərək, o vaxtda hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi deeskalasiyanın davam etdirməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti deyişmək cəhdlərindən çəkinməyə çağırıblar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.