Siyasət

Rusiya XİN başçısının müavini: “Ermənistan-Azərbaycan sərhədində baş verənlər bütün regionun təhlükəsizliyinə təsir edə bilər”

16 İyul 2020 13:45
Baxış: 1 127

Bu çox çətin problemdir. Təəssüflər olsun ki, son günlər vəziyyətin daha da gərginləşdiyini görürük. Biz baş verənlərdən çox narahatıq. Rusiya Xarici İşlər Nazirliyi (XİN) artıq tərəfləri atəşkəsə riayət etməyə, danışıqlara başlamağa çağırıb. Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Təhlükəli vəziyyət ondan ibarətdir ki, bu bütün regionun təhlükəsizliyinə təsir edə bilər. Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlanmamış olaraq qalır. Həmsədrlər arasında təmaslar gedir. Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır", - Rusiya XİN başçısının müavini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.