Siyasət

"Azərbaycan Ordusu erməni quldurlarının Tovuz istiqamətində təxribatlarının qarşısını qəhrəmancasına aldı"

13 İyul 2020 13:09
Baxış: 1 106

Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi Əli Əhmədov "Facebook" səhifəsində etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir:

"Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.

Allah şəhidlərimizə rəhmət etsin!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.